ABŞ-da etirazlar zamanı bir nəfər ölüb, azı 30 nəfər yaralanıb

13 Avqust 2017 07:49

ABŞ-ın Virciniya ştatının Şarlottsvill şəhərində yüzlərlə millətçinin keçirdiyi mitinqdə toqquşmalar baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, toqquşmalar nəticəsində bir nəfər ölüb, daha azı 30 nəfər xəsarət alıb.

Baş verən hadisələrdən sonra ölkə prezidenti Donald Tramp "twitter" səhifəsində birlik mesajı yayımlayıb. O, zorakılığa son qoymağa çağırıb.

Milli.Az