"Onunla öpüşəndə mədəm bulandı"

12 Avqust 2017 23:16

Amerikalı müğənni Keti Perri illər sonra özü ilə bağlı maraqlı etiraf edib.
 
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni müsahibəsində anasına söz versə də, ona qulaq asmadığını və ilk dəfə 6-cı sinifdə oxuyarkən bir oğlanla öpüşdüyünü deyib:
 
"Bu öpüşdən sonra mədəm bulandı. Dodaqları yaş balıq ağzı kimi idi". Keti heç vaxt keçmişə qayıtmaq istəmədiyini bildirib:

"20 yaşıma qayıtmağım üçün dünyaları versələr, istəmərəm. Qəlbimi, ruhumu, ağlımı və vücudumu bu günlərə hazırlamaq üçün çox çalışdım. Xoşbəxtliyi tapmağım asan olmadı və indi bunun qarşılığını almağa başalamışam".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində