"Sınıq Körpü" gömrük postunda sıxlıq aradan qaldırıldı - YENİLƏNİB - VİDEO - FOTO

12 Avqust 2017 14:34

14:34

Azərbaycan-Gürcüstan sərhədində yaranan sıxlıq tam aradan qaldırılıb.

Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, görülən müvafiq tədbirlər nəticəsində qısa zaman kəsiyində gömrük postunda sıxlıq tam aradan qaldırılıb.

Hazırda Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" sərhəd-gömrük keçid məntəqəsi normal iş rejimində fəaliyyət göstərir.

-----------

10:24

Bu dəqiqələrdə Azərbaycan-Gürcüstan sərhədində bir neçə kilometrlik tıxac yaranıb.

Milli.Az bildirir ki, bu barədə bakupost.az-a sərhəddə gözləyən Azərbaycan vətəndaşları məlumat verib. Onlar bildiriblər ki, səhər saatlarından bu vaxta kimi Qırmızı körpüdə növbədə dayanıblar.

Buna səbəb kimi Azərbaycan tərəfinin nəzarət buraxılış məntəqəsində bitib-tükənməyən yoxlamalar, əməkdaşların ləng fəaliyyəti göstərilir. Gürcüstana dincəlməyə gedən əhali istirahət həvəsinin burunlarından gəldiyini bildirir:

"Qadın, uşaq, hamı səhərdən tıxacda oturub. Gürcüstan tərəfi bizdəki bu qədər yoxlamalara və növbəyə gülür. İnsanlara əzab verirlər. Yük daşıyan "Qazel"lər üçün orta yol var. Gəlib rahat keçirlər. İstirahətə öz avtomobili ilə gedənləri isə belə zülmə düçar edirlər. Yoxlamalarına bir şey demirik, qanun belə deyirsə, olsun. Amma ya işçinin sayını artırsınlar, ya da başqa bir yol düşünsünlər. Belə olmaz axı..."

Qeyd edək ki, Gürcüstan sərhəddində belə anormal, dözülməz vəziyyətə tez-tez rast gəlinir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Gürcüstan sərhədində böyük tıxac -

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində