"Air France"a süpürgəylə oturun

9 İyul 2011 09:00
Avropanın ən iri daşıyıcılarından olan "Air France" aviaşirkəti sərnişinlərdən təyyarədən düşərkən özlərindən sonra salonu təmizləməyi xahiş edib.

Bloomberg agentliyinin məlumatına  görə, bu, fransızlara laynerlərin dayanma vaxtını qısaltmağa, həmçinin təmizlik işlərinə daha az pul sərf etməyə imkan verəcək.
Müraciətin qəbul olunmasına daha bir tutarlı səbəb isə şirkətin öz xidməti personalıyla razılığa gələ bilməməsidir: onlar sərnişinlərin ardınca təyyarə təmizləməkdən boyun qaçırıblar.

Milli.Az