Tanış olun: bütün yeni iPhone modelləri - FOTO

10 Avqust 2017 10:12

ABŞ-ın Apple korporasiyasının istehsal etdiyi iPhone smartfonlarının yeni modellərinin korpuslarının fotoları yayılıb.

Milli.Az 9to5mac-a istinadən bildirir ki, Apple gələn ay iPhone 7s, 7s Plus və iPhone 8 modellərini təqdim etməyə hazırlaşır.

İndiki iPhone 7 ilə yeni modellərin arasında yeganə fərq displey şüşəsinin ətrafında parlaq çərçivənin olmasıdır.

iPhone 8-in isə arxa qapağı şüşədəndir.

Bundan sonra çəhrayı iPhone istehsal edilməyəcək. Yeni modellər qara, gümüşü və qızılı rənglərdə olacaq.

iPhone smartfonlarının yeni modelləri payızda rəsmən təqdim ediləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində