Quranda hicab deyiləndə, nə nəzərdə tutulur?

12 Avqust 2017 23:45

Hicabın lüğətdəki mənası örtük deməkdir. Yəni, o şey ki, üzə çıxmağa mane olar, pərdə kimi. Ona görə də Quranda bu kəlmə ancaq geyimə aid edilmir, həm də insanın rəftarına və əxlaqına da aid edilir.

Ona görə də deyə bilərik ki, hicab dedikdə ancaq geyim nəzərdə tutulmur.
Bəs Quranda hicab dedikdə başqa nələr nəzərdə tutulur? (Beytutə saytı)
1. Danışığın hicabı və iffəti. Naməhrəmlə söhbət etmək tərzi - danışığın hicabına aid mövzulardandır ki, Quran bu haqda buyurur: "Siz, ey Peyğəmbərin zövcələri! Siz təqvalı olsanız, başqa (adi) qadınlar kimi deyilsiniz. Milli.Az deyerler.org-a istinadən bildirir ki, buna görə də danışığınızda naz-qəmzə və işvə etməyin ki, qəlbində (günah, pozğunluq) xəstəliyi olan kəs tamaha düşməsin. Gözəl (təhrik və işvədən uzaq) danışın". ("Əhzab" 32).
2. Rəftar hicabı. Necə ki, Allah naməhrəm kişi və qadın üçün geyim hicabını vacib buyurmuşdur, eləcə də kişi və qadına günah baxışları haram buyurmuşdur. "Mömin qadınlara de ki, (başqalarının ayıb yerləri və yad kişinin bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar və öz ayıb yerlərini (üz və əllərindən başqa bədənlərinin hər yerini yadların görməsindən) qorusunlar". ("Nur" 31).
3. Fikir hicabı. İnsan gərək özünü çirkin fikirlərə qərq etməsin və Allaha təvəkkül edərək özünü günah fikirlərdən qorusun. "(Onlar deyərlər:) "Ey Rəbbimiz, bizi doğru yola yönəltdikdən sonra qəlblərimizi azdırma və bizə Öz tərəfindən bir rəhmət bəxş et, çünki, çox-çox bağışlayan Sənsən!". ("Ali-İmran" 8).
4. Geyim hicabı. "Gərək (boyun və sinələrinin örtülməsi üçün) baş örtüklərini (çəkib) yaxalarına salsınlar və zinət (və zinət yer)lərini ərlərindən, atalarından, qayınatalarından, oğullarından, ərlərinin oğullarından, qardaşlarından, qardaşlarının oğullarından, bacılarının oğullarından, özlərindən olan (müsəlman) qadınlardan, kənizlərindən, şəhvəti olmayan qulluqçu kişilərdən və qadınlarla yaxınlıq qüdrəti olmayan uşaqlardan başqa heç kəsə göstərməsinlər". ("Nur" 31).
Allah Təala bizləri bütün haramlardan qorunan və təqvaya əməl edənlərdən qərar versin.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində