Azərbaycanın ərazi bütövlüyünə qarşı NÖVBƏTİ TƏXRİBAT - FOTO

9 Avqust 2017 13:33

Mapbox.com və Openstreetmap.org naviqasiya sistemində Azərbaycanın ərazi bütövlüyü ilə bağlı böyük yanlışlığa yol verilib.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, internet istifadəçilərinə təqdim olunan onlayn xəritələrdə Azərbaycanın işğal altında olan əraziləri erməni adları ilə təqdim olunub.

Xəritədə Xankəndinin Stepanakert, Ağdərənin Mardakert, Kəlbəcərin Karvacar, Xocavəndin Martuni kimi göstərilməsi Azərbaycana qarşı növbəti təxribatdır. Şübhəsiz ki, xəritə təxribatının arxasında ermənilər durur.

Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın tarixi ərazilərinin adlarının təhrif olunması və erməni adı ilə göstərilməsi beynəlxalq konvensiya və qanunlara ziddir. Bundan öncə də ölkəmizə qarşı oxşar təxribatlara yol verilib. Azərbaycan dəfələrlə bununla bağlı aidiyyəti qurumlara etirazını bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində