Mbappe və Fabinyo arasında mübahisə - VİDEO

9 Avqust 2017 12:59

"Monako"nun müdafiəçisi Fabinyo və Kilian Mbappe məşqdə mübahisə edib. İnsident avqustun 8-i axşam məşqi zamanı yaşanıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 23 yaşlı Fabinyo gənc komanda yoldaşı ilə mübahisədən sonra məşqi tərk edib. Meydandan çıxarkən braziliyalı futbolçu formanın üstündəki geyimi yerə atıb və əsəbindən kənardakı topa da təpik vurub. Konfliktin təfsilatı məlum deyil.

Qeyd edək ki, Fabinyonun "Atetiko"ya, Mbappenin isə "PSJ" klubuna keçəcəyi deyilir. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Mbappe və Fabinyo arasında konflikt olub

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində