"Real" Beyllə bağlı qərarını verdi

9 Avqust 2017 11:42

"Real"ın prezidenti Florentino Peres Qaret Beyli satacaqları barədə yayılan iddialara münasibət bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, uelsli oyunçunun Madrid klubunda qalacağını deyib: "Beyli satmağı düşünmürük. Bizim üçün önəmli futbolçudur. O, dünyanın ən yaxş oyunçularından biridir".

Qeyd edək ki, "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo UEFA Superkubokunda "Real"la oyun öncəsi keçirdiyi mətbuat konfransında Q.Beyli transfer etmək istədiklərini açıqlamışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində