Rasim Balayevin 69 yaşı tamam olur

8 Avqust 2017 13:22

Bu gün xalq artisti Rasim Balayevin 69 yaşı tamam olur. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor 1948-ci ildə Ağsu rayonunda dünyaya gəlib. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirərərək Bakı kinostudiyasında "Ulduzlar sönmür" əsərində kiçik bir rola çəkilib. 

Daha sonra o, "Nəsimi", "Babək" və "Dədə Qorqud" filmlərindəki obrazları ilə tamaşaçıların sevgisini qazanıb. 1990-2013-cü illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olub, Azərbaycan Dövlət Mükafatı laureatıdır. Bir sıra orden və medallarla təltif edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində