Bakı-Şamaxı yolunda “BMW” aşdı: iki ölü
8 İyul 2011 08:58
Milli.Az xəbər portalı ANS PRESS-ə istinadən bildirir ki, Bakı-Şamaxı yolunda iki nəfərin ölümü ilə nəticələnən ağır avtomobil qəzası baş verib.
Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Rafiq Həsənov bildirib ki, hadisə dünən saat 16 radələrində Bakı-Şamaxı yolunun 65.5-ci kilometrliyində, Qobustan rayonu ərazisində qeydə alınıb. Bakının Yasamal rayon sakini 31 yaşlı Əzimov Emil Nazim oğlu "BMW" markalı minik avtomobilini yüksək sürətlə idarə edərkən onu yolun soluna çıxararaq aşırıb. Bir neçə dəfə aşan avtomobilin sürücüsü Emil Əzimov və onun dayısı oğlu, 15 yaşlı Məmmədov Səid Akif oğlu aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
Milli.Az