"Monako"nun futbolçusu Kilian Mbappe zədələnib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, 18 yaşlı hücumçu Fransa liqasının 1-ci turunda "Tuluza"ya qarşı matçın (3:2) 74-cü dəqiqəsində zədələnib və Allan Sen-Maksimenlə əvəzlənib. Onun durumunun ciddi olub-olmadığı tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək.
Qeyd edək ki, Mbappe ilə "Real", "Barselona" və "PSJ"nin maraqlandığı iddia olunur.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində