
Oriental Asena evli olduğu ortaya çıxan sevgilisi Hasan Dereylə Bodrum tətilində obyektivlərə tuş gəlib.
Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, cütlük kirayəyə götürdükləri yaxtada romantik dəqiqələr yaşayıblar. Asenanın sevgilisini dayanmadan öpməsi diqqət çəkib. Bir ara yaxtadan dənizdəki balıqları izləyən sevgililər daha sonra istiyə dözə bilməyib, özlərini sərin suya atıblar. Cütlük dənizdə bir-birinə sarılıb, zarafatlaşıblar.
3 ildir sevgilisinin boşanmağını gözləyirdi: sonunda istəyinə çatdı - FOTO
Qeyd edək ki, Asenanın 3 ildir sevgili olduğu Hasan Dere rəqqasə ilə evlənmək üçün bir neçə gün öncə həyat yoldaşından boşanıb.
Təhməz Təkin
Milli.Az