"Ən yaraşıqlı məhbus" milyarderin qızı ilə əylənir - FOTO

19 Avqust 2017 21:01

"Dünyanın ən yaraşıqlı məhbusu" kimi məşhurlaşan amerikalı Ceremi Miks Britaniyanın ən zəngin iş adamlarından biri, milyarder Filipp Qrinin qızı Melissa ilə birlikdə Barbadosda istirahət edir.

Filipp Qrin "TopShop" şəbəkəsinin sahibidir.

Milli.Az The Sun-a istinadən bildirir ki, 33 yaşlı Ceremi Miks rəsmi olaraq hələ də Melissa Mikslə evlidir. Onlar 8 il əvvəl evləniblər.

C.Miks və 26 yaşlı M.Qrin istirahət əsnasında çəkdikləri bəzi fotoları İnstagram-dakı profillərində paylaşıblar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində