"Cənab! (Ruhunuzdakı) bütün bu pozuntular, o cümlədən, vəsvəsələr və aramlığın itməsi qəflətdəndir. Qəflətin ən aşağı mərtəbəsi Allahın əmrlərindən qafil olmaqdır. Qəflə tin başqa mərtəbələri də var; inşallah, o mərtəbələrə çatmazsınız. Bütün qəflətlərin səbəbi ölümdən qafil olmaq və dünyada qalmaq xülyasıdır. Əgər bütün qorxu-hürkülərdən və vəsvəsələrdən amanda qalmaq istəyirsinizsə, həmişə ölümü və Allah-Taalanın görüşünə nail olmağı düşünün.
Budur ən bahalı cövhər, budur dünya və axirət xoşbəxtli yinin kilidi! Əgər həqiqətən ağıllısınızsa, düşünün, araşdırıb tapın ki, sizi Ondan (Allahdan) uzaqlaşdıran və özünə məşğul edən nədir?
Bunların mənasını dərk etməyi asanlaşdırmaq üçün daha bir neçə mətləbi sizə yazıram, bəlkə sizə köməyi dəyər:
Təqlid və ya ictihad məsələsində düzgün araşdırma apa rıb nəticəyə gəldikdən sonra beş fərz ibadəti və digər fərz ibadətləri ən yaxşı vaxtlarda icra etməyə tam diqqət yetirmək;
Xüzu və xüşunun günbəgün artmasına çalışmaq;
Hər namazdan sonra Siddiqeyi-Tahirənin (ə) təsbihini söyləmək;
Eləcə də, hər namazdan sonra ayət əl-kürsini oxumaq,
şükr səcdəsi etmək;
Sübh namazından sonra Yasin surəsini oxumaq; Gecələr Vaqiə surəsini oxumaq;
Gecə nafilə namazlarına riayət etmək;
Hər gecə yatmazdan əvvəl müsəbbihat surələrini oxumaq;
Şəf və vitr namazlarında müəvvizat surələrini oxumaq;
Gecə namazında və əsr namazından sonra yetmiş dəfə istiğfar etmək..."
Bir müddət bu dediklərimi yerinə yetirməyə davam edin. İnşallah, ola bilər ki, sizə istiqamət verəcək bir hal yaransın.
Milli.Az islam.az-a istinadən bildirir ki, Seyyid Əli Qazı Təbatəbai hicri 1285-ci (miladi 1869-cu) ildə Təbriz şəhərində ruhani ailəsində dünyaya göz açmışdır. Nəsil şəcərəsi İmam Hüseynə (ə) bağlıdır. Atası Seyyid Hüseyn "tənbəki fətvası"nın müəllifi Mirzayi-Şirazinin şagirdlərindən idi. O, 27 yaşında ikən ictihada çatmışdı, hədis, fiqh və təfsir elmlərində dərin biliyə sahib idi.
Milli.Az