Milyonçunun nəvəsindən Fəxrəddin Manafova eşq etirafı - FOTO

3 Avqust 2017 14:02

Dünən Yarat Müasir İncəsənət Məkanında xalq artisti Fəxrəddin Manafovla görüş keçirilib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, F. Manafov həm Milli Kino, həm də doğum gününü pərəstişkarları arasında qeyd edib. 

Xalq artistiylə görüşə onlarla gənc qatılıb. Onlar F. Manafova suallar ünvanlayıblar. Fəxrəddin Manafovu görməyə gələnlər arasında tanınmışlar da olub. Onlardan biri azərbaycanlı milyonçu Ağa Musa Nağıyevin nəvəsi Dilarə Nağıyevadır. 

D.Nağıyeva görkəmli aktyora diplom təqdim edib və zarafatyana şəkildə təbrik edib: 

"Buradakı gənc qızları görəndə sizi qısqandım. Amma demək istəyirəm ki, mən sizi lap əvvəldən sevmişəm".
 
Daha sonra F.Manafov sevənləriylə şəkil çəkdirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində