Ruhi xəstə qadını baltaladı, özünü isə zəhərlədi

19 Mart 2010 14:14
Milli.Az xəbər portalı Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Şəmkir rayonunun Seyfəli kənd sakini Etibar Bayramov mübahisə zəminində Rəfiqə Bayramovanı baltalayıb. Hadisə martın 18-də saat 23:00 radələrində baş verib. Ruhi xəstə E.Bayramov Rəfiqəyə baş nahiyəsindən ağır xəsarət yetirdikdən sonra özünü öldürməyə cəhd edib. O, bu məqsədlə "Metofos" dərmanı içib.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətləri ağırdır.
Faktla əlaqədar Şəmkir rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq aparılır.

Milli.Az