Sığorta şirkəti öhdəliyini yerinə yetirmir: Vətəndaş sığorta pulunu ala bilmir - VİDEO

1 Avqust 2017 21:26

Sığorta şirkəti avtomobil sahibinə dəyən zərərə görə özünün verməyə razılaşdığı məbləği bir ildən çoxdur ki ödəmir. Maraqlı hadisə Namiq Hüseynovun başına gəlib. O, hər dəfə müraciət etdiyində sığorta şirkətinin müxtəlif bəhanələrlə pulu ödəməkdən boyun qaçırdığını deyib. Məsələyə sığorta şirkəti də münasibət bildirib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, sığorta şirkəti zərərçəkənin avtomobilinə dəyən zərəri ödəmək üçün ona bankda hesab açmadığı tapşırdı. Ancaq həmin vətəndaş üzərindən bir il keçməsinə baxmayaraq, hələ də sığorta şirkətindən heç bir manat da pul ala bilməyib. Maraqlı hadisə Namiq Hüseynovun başına gəlib.
2016-cı il martın 30-da Namiq Hüseynovun avtomobilini vuran şəxsin sığorta şirkəti hadisə yerinə gələrək ona 1065 manat ziyan dəydiyini müəyyən edib və qısa zamanda pulun ödənəcəyini bildiriblər. Ancaq indiyədək sığorta şirkəti verdiyi vədi yerinə yetirməyib.
Sığorta şirkəti pulu vermədiyinə görə borca düşdüyünü deyən Namiq Hüseynov hələ də həmin borcu qaytara bilmədiyini deyir.
Məsələ ilə bağlı sığorta şirkətinə müraciət etdik. Sığorta şirkəti müştərilərlə bağlı məlumatın gizli olduğunu əsas gətirərək məsələ ilə bağlı məlumat vermək istəmədi.
Hüquqşünas Asif Abdullayev bildirir ki, belə vəziyyətlə qarşılaşan müştəri məhkəmə qaydasında sığorta şirkətindən şikayət verə və öz hüquqlarını bərpa edə bilər.
Hüquqşünas belə hallarla qarşılaşan zaman çətin vəziyyətə düşməmək üçün avtomobil sahiblərini aidiyyatı orqanlara müraciət edərək öz hüquqlarını tələb etməyi tövsiyyə edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Sığorta şirkəti öhdəliyini yerinə yetirmir