Yeni model "Mercedes" sizi heyrətləndirəcək - FOTO

1 Avqust 2017 13:48

"Mercedes" firması özünün yeni "X Class" adlı modelini təqdim edib.

2015-ci ildə yeni modelin üzərində çalışmalara başladığını bildirən nəhəng marka özünün ilk "pikap" platformasında avtomobilini təqdim edib. "Renault-Nissan Alliance" ilə birlikdə hazırladıqları maşının əsas bazası "Nissan Navara"dan götürülüb.

Milli.Az bildirir ki, "Navara"nın analoqu olmasına baxmayaraq avtomobil "Mercedes"dən eksklüziv asqı sistemi, ön,arxa optika, yeni radiator barmaqlığı və interyer əldə edib. Bütün mexaniki aqreqatlarını "Nissan" və "Renault"dan alan "X Class" alman nəhəngindən xüsusi V şəkilli 6 silindirli dizel mühərriklə də təhciz olunacaq.

Yeni model "Mercedes" komersiya avtomobilləri şöbəsi tərəfindən hazırlanıb. "X Class" interyer və əksər eksteryer detallarını V Class, Sprinter və bu cür avtomobillərdən əldə edib.

Adil Nəcəfov
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində