Ruhul-Qudus kimdir?

3 Avqust 2017 23:15

Quranda oxuyuruq: "Məryəm oğlu İsaya aydın dəlillər əta etdik və onu Ruhul-Qudusla qüvvətləndirdik". ("Bəqərə" 87).

Bu ayədə adı çəkilən Ruhul-Qudus kimdir?
Milli.Az deyerler.org-a istinadən bildirir ki, təfsirçilərin bu barədə nəzərləri müxtəlifdir.
1. Bəziləri deyirlər ki, məqsəd - Cəbrayildir (ə). Çünki Allah Təala Həzrət İsaya (ə) Cəbrayilin (ə) vasitəsilə yardım edirdi. Bu sözün təsdiqi üçün bu ayəni təqdim edirlər: "De: "Bu (Qur'anı) Ruhul-Qudus (Cəbrail, xəta və günah çirkindən pak olan ruh) Rəbbin tərəfindən haqq olaraq (və uca və əqli bir məqsəd üçün) tədricən nazil etmişdir ki, iman gətirənləri sabitqədəm etsin və müsəlmanlar üçün hidayət və müjdə olsun". ("Nəhl" 102).
2. Bəzilərinin nəzərinə görə, Ruhul-Qudus - Həzrət İsaya (ə) yardım edən qeyb qüvvəsidir. Ya da Allahın həmin qeybi qüvvəsidir ki, Onun əmri ilə ölüləri dirildir. Bu qeyb qüvvəsi hər bir mömində mövcuddur, ancaq onun iman dərəcəsindən asılı olaraq, zəif və qüvvətli olur. İnsana itaətdə və çətin işlərdə yardım edir. (Tebyan)
3. Bəzilərinin isə nəzərinə görə Ruhul-Qudus - İncil mənasındadır.
Ancaq əvvəlki iki nəzər daha güclü nəzərlər hesab olunurlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində