İkisi oynadı, beşi qazandı

29 İyul 2017 09:25

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunlarından sonra klubların reytinq cədvəli açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, siyahıda Avropanın 442 komandası yer alıb.

Avrokuboklarda mübarizəni davam etdirən "Qarabağ"la "Qəbələ"nin xal hesabı dəyişməyib. Ağdamlılar 16,000 xalla 75-ci, "Qəbələ" isə 5,250 xalla 168-ci yerə şərikdir.

Digər komandalarımızın da mövqeyi dəyişməyib. Lakin həmin klubların hərəsi 0,025 xal əldə edib. Cari mövsüm avrokuboklarda iştirak edən "Neftçi", "İnter", "Zirə", həmçinin "Kəpəz"lə "Xəzər Lənkəran"ın xal hesabı 3,425-ə çatıb. Bu komandalar 248-ci yeri bölüşür.

Qeyd edək ki, cədvələ "Real" başçılıq edir - 134,000 xal.
 
Azərbaycan klubları UEFA reytinqində

75-78. "Qarabağ" - 16,000
168-169. "Qəbələ" - 5,250
248-252. "Neftçi" - 3,425
"İnter" - 3,425
"Xəzər Lənkəran" - 3,425
"Zirə" - 3,425
"Kəpəz" - 3,425

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində