Xarici ölkələrin BMT-dəki diplomatları Fəxri xiyabanda və Şəhidlər xiyabanında olublar – FOTO

6 İyul 2011 14:39
Banqladeş, Burkina-Faso, Konqo, Qambiya, Lesoto, Maldiv Respublikası, Myanma, Nauru, Somali, Trinidad və Tobaqo, Dominikan Respublikasının BMT yanında daimi nümayəndəliklərinin Bakıda səfərdə olan əməkdaşları Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Məlumatı AzərTAc yayıb.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzüblər.

Nümayəndə heyətinin üzvləri Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr ediblər.

Milli.Az