"Qarabağ"ın transfer siyahısında olduğu deyilən Nikola Çitronun transfer qiyməti açıqlanıb.
Milli.Az fanat.az-a istinadən xəbər verir ki, İtaliyaın "Trapani" klubu 28 yaşlı forvarda 400 min avro qiymət qoyub.
2016/17 mövsümünün yekunlarına əsasən C Seriyasına düşən italiyalı hücumçunun komandanı tərk edəcəyi gözlənilir. Çironu "Qarabağ"dan başqa İtaliyanın B Seriyası təmsilçisi "Avellino" da istəyir. Bu klub artıq "Trapani"yə rəsmi təklif göndərib.
Milli.Az