"Barselona" prezidenti Barak Obama ilə görüşdü

27 İyul 2017 18:12

"Barselona"nın prezidenti Xosep Bartomeu ABŞ-ın keçmiş prezidenti Barak Obama ilə görüşüb. Görüş Merilenddə yerələşən "FedEx Field" stadionunda baş tutub. Katalon klubu bu arenada Beynəlxalq Çempionlar kuboku çərçivəsində "Mançester Yunayted"lə qarşılaşıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Bartomeu Amerikanın 44-cü prezidentinə klubun ABŞ-da təşkil etdiyi futbol məktəbləri və fondun fəaliyyəti barədə danışıb.

Eyni zamanda Amerikada "Barselona"nın qadınlardan ibarət komandasının təsis olunması da müzakirə edilib. Obama qızlarının futbolla maraqlandığını və Bartomeunun təklifinin ağılabatan olduğunu bildirib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində