Bakıda mağazadan pulla dolu seyf oğurladılar

26 İyul 2017 17:20

Bakıda mağazadan külli miqdarda pul oğurlanıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, iş adamı Rzayev Cavanşir Sahib oğluna məxsus olan və Badamdarda yerləşən " Elora"  mağazasından içərisində  18000 manat pul olan seyf naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində