Sərxoş qız bacısının ölümünü lentə aldı - VİDEO

24 İyul 2017 22:22

18 yaşlı sərxoş qız 14 yaşlı bacısı ilə avtomobil sürmək qərarına gəlib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu zaman faciə baş verib.

Sərxoş qız avtomobili qarşıdan gələn yük avtomobilinə çırpıb. Hadisə nəticəsində 14 yaşlı qız həlak olub, sürücü isə ağır yaralanıb.

Məlumatlara görə, gənc qız qəzadan əvvəl sosial şəbəkədə canlı yayıma qoşulub və hadisə anbaan lentə alınıb.

Olay Kaliforniyanın Stoktobn şəhərciyində baş verib.

Həmin görüntüləri təqdim edirik.

Milli.Az