DİN-dən azyaşlı uşağı zorlamaq istəyənlə bağlı AÇIQLAMA

24 İyul 2017 17:17

Daxili İşlər Nazirliyi Bakıda azyaşlı oğlanı zorlamağa cəhd edən manyak saxlanılıb.

Milli.Az xəbər verir ki, Daxili İşlər nazirliyinin Mətbuat Xidmətinin İnformasiya bölməsinin rəisi, polis polkovnik-leytenantı İlham Babayev qafqazinfo-ya açıqlamasında bildirib ki, hadisə iyulun 21-də axşam saatlarında Xətai rayonunda baş verib.

Rayonların birindən Bakıya işləməyə gələn şəxs 2009-cu il təvəllüdlü oğlana qarşı seksual xarakterli hərəkətlər edib. Hadisəni törədən şəxs Əlahiddə Çevik Polis Alayının və Xətai RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, istintaq davam etdirilir. Hadisənin törədən şəxsin kimliyi istintaq sirri sayıldığı üçün açıqlanmır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində