ABŞ səfirliyi: "Azərbaycan sərhədlərinin etibarlı qorunması mühümdür"

24 İyul 2017 11:29

"Azərbaycan yük daşınması sahəsində mühüm ölkə olduğu üçün sərhədlərinin etibarlı qorunması da mühüm məsələdir".

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirinin siyasi məsələlər üzrə müavin vəzifəsini icra edən Uilyam Solley "Pasportların yoxlanılması proseduru üzrə" metodik vəsaitin ikinci nəşrinin təqdimatı ilə bağlı tədbirdə deyib.

Uilyam Solley qeyd edib ki, 25-illik əməkdaşlıq ərzində ABŞ Azərbaycan dövlətçiliyi və rifahının inkişafını dəstəkləyib və dəstəkləməkdə davam edir. Onun sözlərinə görə, on minlərlə azərbaycanlı ABŞ-ın humanitar yardımından yararlanıblar.

O, həmçinin ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən və Azərbaycan Dövlət Sərhəd Xidməti ilə birgə həyata keçirilən layihə çərçivəsində "Pasportların yoxlanılması proseduru üzrə" metodik vəsaitin dərc olunmasının əhəmiyyətini qeyd edib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində