Abşeronda 37 yaşlı kişi batıb

23 İyul 2017 23:59

Axşam saatlarında Abşeron rayonunda 3 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə daxil olub.
Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq 2 nəfəri xilas edib, digər 1 nəfərin - 1980-ci təvəlüdlü Səmədov Ruslan Ağahəsən oğlunun cəsədini dənizin sahilindən aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində