Rusiyada təyyarə gölə düşdü

23 İyul 2017 11:42

Rusiyada amfibiya təyyarə eniş zamanı Medvejye gölünə düşüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 08:00 radələrində İrkutsk vilayətində baş verib.

"L4" amfibiya təyyarəsinin göyərtəsində pilot və iki sərnişin olub. Onları xilas etmək mümkün olub. Qəzanın səbəbləri məlum deyil.
 
Faktla bağlı araşdırma aparılır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində