Türkiyədəki dəhşətli zəlzələ Ayanı elə qorxutdu ki, bu qərarı verməyə məcbur oldu - FOTO

22 İyul 2017 13:57

Ötən gecə Türkiyənin Muğla sahillərində 6,7 bal gücündə zəlzələ baş verdiyi zaman xanım ifaçı Ayan Babakişiyevanın da orada olduğu haqda məlumat vermişdik.

Milli.Az xəbər verir ki, zəlzələnin həyəcanı canından çıxmayan Ayan ötən gün Türkiyəni təcili olaraq yaxınları ilə birgə tərk edib. O, bu haqda sosial şəbəkə hesabından etdiyi paylaşımda məlumat verib. Xanım müğənni təyyarədə çəkilmiş fotosunu paylaşaraq bunları qeyd edib:

"Sağ-salamat, İnşAllah. Mənim sakit xalam.  Ailəlikcə dönürük. İstanbul, Bodrum, zəlzələ, salamat qal".

Qeyd edək ki, Egey dənizi sahillərində baş verən zəlzələ zamanı Yunanıstanın Kos adasında 2 nəfər ölüb, yaralananların sayı isə 120 nəfərə çatıb. 

Təhməz Təkin

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində