İran və Qazaxıstanın hərbi gəmiləri Bakı sahillərində - FOTO

22 İyul 2017 13:46

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək "Dəniz Kuboku - 2017" beynəlxalq yarışlarında iştirak etmək məqsədilə İran Hərbi Dəniz Qüvvələrinin "Peykan" və "Cövşən" raket katerləri və  Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin "Qazaxıstan" və "Sarıarka" raket-artilleriya, eləcə də "Jayık" hidroqrafiya gəmiləri iyulun 22-də Bakıya gəliblər.

Avqustun 1-dən 11-dək keçiriləcək yarışlarda Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmiləri iştirak edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində