13:13
Salyan rayonunun Xıdırlı kənd sakini 61 yaşlı Rəcəb Qədirov canavar hücumuna məruz qalıb.
Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, Qədirov səhər tezdən qoyunlarını örüşdə otarmaq üçün kənddən 5-6 kilometr aralanıb.
Bu zaman canavarın qoyunlara yaxınlaşdığını görüb. Lakin canavar qoyunlara deyil, Rəcəb Qədirovun üzərinə hücum çəkib.
Rəcəb Qədirov - Sakin: "Tullananda istər-istəməz qıçlarım titrədi. Dişləri dodağımla gözümün altına düşdü. Silkələyirdi məni. İt gəldi bunun üstünə. Məni buraxdı".
Özünü itirməyib Rəcəb Qədirovun bu dəfə canavarın boğazından tutaraq yerə yıxıb.
Rəcəb Qədirov - Sakin: "Bir əlimi boğazından tutdum, bir əlimi də boynunun dalından dərisindən tutdum. Fırlatdım bunu, qaldırıb atdım yerə".
Canavarı öldürən Rəcəb Qədirov hadisə yerinə gələnlərin köməkliyi ilə Salyan Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada ona ilk tibbi yardım göstərilərək travmatologiya şöbəsində yerləşdirilib.
Hazırda zərərçəkənin vəziyyəti stabildir.
------------
23:16
Salyan rayonunun Xıdırlı kənd sakini 61 yaşlı Rəcəb Şahı oğlu Qədirov canavar hücumuna məruz qalıb.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Qədirov səhər tezdən qoyunlarını örüşdə otarmaq üçün kənddən 5-6 kilometr aralanıb.
Elə bu zaman canavarın qoyunlara yaxınlaşdığını görən kənd sakini əlində ağacla onu uzaqlaşdırmaq istəyib. Bu zaman canavar qoyunlara deyil, Rəcəb Qədirovun üzərinə hücum çəkib.
Canavar yenidən hücum edərək Rəcəb Qədirovun üz nahiyəsini dişləyərək onu yerə yıxıb. Kənd sakini xəsarət alsa da özünü itirməyib.
Rəcəb Qədirov canavarı boğub öldürdükdən sonra yaxınlıqdakı nəzarətçilərə yaxınlaşaraq dostuna zəng etmələrini xahiş edib və dostunun köməkliyi ilə Salyan Mərkəzi rayon Xəstəxanasına çatdırılıb.
Xəstəxanada ona ilk tibbi yardım göstərilərək travmatologiya şöbəsində yerləşdirilib. Yaralının vəziyyəti hazırda stabil olaraq qalır.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində