Bu da zebşek!
5 İyul 2011 19:32
Milli.Az xəbər portalı "Xinhua"ya istinadən bildirir ki, Çinin Hiamen şəhərindəki zooparkda qəribə məxluq doğulub. Anası zebra, atası isə eşşək olan bu canlını "zebşek" adlandırırlar. Zahirən eşşəyə bənzəyən, amma ayaqları eynən zebra ayaqları olan zebşekdə zebra geninin daha çox olduğu müəyyənləşib.
Zooparkın təmsilçisi Lin Haonun dediyinə görə, zebşek hələlik anasının yanındadır.
Milli.Az