Şüşə ilə 24 yaşlı modelin başını yardılar - FOTO

19 İyul 2017 12:34

Klubda düşən qarışıqlıq zamanı şüşə ilə irlandiyalı modelin başını yarıblar.

Milli.Az "Mirror"a istinadla bildirir ki, Katie O'Donoghue adlı model İrlandiyanın paytaxtı Dublindəki "Longitude" festivalı iştirakı zamanı başından zədələnib.

O, bildirib ki, hadisədən sonra başına 9 tikiş atılıb. Model ağlayaraq verdiyi açıqlamasında söyləyib ki, sevgilisi ilə getdiyi partidə başından zədə alıb. 

"Anidən başımda güclü ağrı hiss etdim. Gözlərimi açanda heçnə görmürdüm. Çünki hər tərəf qan idi".

Qeyd edək ki, "Miss Cork 2014" seçilən model uzun müddət model kimi fəaliyyət göstərə bilməyəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində