Avropa Liqası: «Yuventus»un London fiaskosu - VİDEO

19 Mart 2010 09:51
Milli.Az sports.ru saytına istinadən xəbər verir ki, ilk qarşılaşmada öz meydanında "Fulhem"i 3:1 hesabı ilə məğlub etmiş "Yuventus" növbəti dəfə azarkeşlərini məyus edib. Həm də darmadağın olmaqla. Londonlular qarşılaşmanın lap əvvəlində qapılarında qol görmələrinə rəğmən, sonrakı dəqiqələrdə "Qoca sinyora"ya heç bir şans verməyiblər. Qarşılaşma "Fulhem"in 4:1 hesablı qələbəsi ilə başa çatıb.

1/8 final mərhələsində digər qarşılaşmaların nəticələri:

"Verder" (Almaniya) - "Valensiya" (İspaniya) 4:4 (ilk qarşılaşma 1:1)

"Olimpik" (Fransa) - "Benfika" (Portuqaliya) - 1:2 (1:1)

"Standard" (Belçika) - "Panatinaikos" (Yunanıstan) - 1:0 (3:1)

"Fulhem" (İngiltərə) - "Yuventus" (İtaliya) 4:1 (1:3)

"Volsburq" (Almaniya) - "Rubin" (Rusiya) - 2:1 (əlavə vaxtda) (1:1)

"Sportinq" (Portuqaliya) - "Atletiko" (İspaniya) 2:2 (0:0)

"Liverpul" (İngiltərə) - "Lill" (Fransa) - 3:0 (0:1)

"Anderlext" (Belçika) - "Hamburq" (Almaniya) - 4:3 (1:3)

Milli.Az