"Mançester Siti"nin qapıçısı Co Hart karyerasını yenidən İngiltərədə davam etdirəcək.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ulduz futbolçu müqavilə ilə məxsus olduğu klubda deyil, "Vest Hem"də çıxış edəcək.
Çünki London təmsilçisi onu 1 illik icarəyə götürüb. Anlaşmaya görə, Hartın həftəlik məvacibi 175 min funt-sterlinq olacaq. Maraqlıdı ki, bu məbləğin 55 min funt-sterlinqini "Mançester Siti" ödəyəcək.
Qeyd edək ki, Co Hart ötən mövsümü icarə əsasında "Torino"da keçirib.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində