Aktyor Kamran Ağabalayev görünüşünü dəyişib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, hər zaman uzun saqqalda gördüyümüz aktyor onları qırxıb.
K.Ağabalayev bildirib ki, buna səbəb rol aldığı "Kardeşim benim 2" filmi olub. Belə ki, o, ekran işində polis obrazını canlandırır.
Prodüserliyini və baş rol ifaçılığını Burak Özçivitin etdiyi "Kardeşim benim 2"də müğənni Murad Boz da çəkilir.
Film noyabrın 24-də təqdim olunacaq.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində