Bikinili fotosunu paylaşdı - 3 ay əvvəl ana olduğuna inanmadılar

17 İyul 2017 23:28

Müğənni Polina Qaqarina ikinci dəfə ana olduqdan sonra ilk dəfə bikinili fotosunu paylaşıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Türkiyədə dincələn ifaçının 3 aya ideal bədənini geri qaytarması hər kəsi təəccübləndirib.

Qaqarina sirrini izləyiciləri ilə bölüşüb. O, 3 ay ərzində yalnız qaynadılmış toyuq, brokli, duzsuz və şəkərsiz qidalar qəbul etdiyini və çoxlu su işdiyini bildirib.

Qeyd edək ki, iki il əvvəl "Eurovision"da ölkəsini təmsil edən Polina fotoqraf Dmitri İsxakovla evlidir. Onların qızı bu ilin aprelində dünyaya gəlib. Lakin Qaqarinanın Petr Kislovla evliliyindən də 9 yaşlı bir oğlu var.

Milli.Az