Sevgilisi bu şəkli paylaşmağa qoymadı

17 İyul 2017 23:05

Model Anjela Martini maraqlı paylaşım edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, son vaxtlar modellikdən çox paylaşımları ilə gündəm olan Anjela bu dəfə də izləyicilərini heyrətləndirib.

31 yaşlı model aktyor sevgilisi Dragos Savulescunun çəkdiyi fotonu sosial media hesabında bu qeydə yerləşdirib:

"Bu şəkli paylaşmağa qoymadı. Çünki çox seksual göründüyümü fikirləşir". 

Fotoda qırmızı köynək və cins şortda olan model divanın üstündə poz verib.

Hamı Martininin cəsarətinə və sevgilisinin sözündən çıxmasına təəccüblənib.

Milli.Az