Azərbaycan-Gürcüstan sərhədində nə baş verib?

17 İyul 2017 22:28

Bu gün bir sıra kütləvi informasiya vasitələrində Azərbaycandan Gürcüstana gedən Azərbaycan vətəndaşının Gürcüstan gömrükçüləri tərəfindən saxlanıldığı və yoxlama zamanı onun avtomobilindən ümumi dəyəri 61 000 ABŞ dolları təşkil edən 2.5 kq qızıl məmulatları aşkar edildiyinə dair məlumatlar yayılıb.

Dövlət Gömrük Komitəsi mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Azərbaycan Respublikası vətəndaşı Rəhman Şirinov VAZ-21 723 markalı 45 BX 890 dövlət nömrə nişanlı avtomobili ilə Azərbaycandan Gürcüstana deyil, Gürcüstandan Azərbaycana gəlmək istəyərkən qonşu ölkənin gömrükçüləri tərəfindən saxlanılıb.

Milli.Az