1 gündə 2 nəfəri ilan sancdı - YENİLƏNİB - VİDEO - FOTO

18 İyul 2017 13:22

13:22

Tovuzda bir gündə iki nəfəri ilan sancıb.

Milli.Az ARB 24-ə istinadla xəbər verir ki, rayonun Əlibəyli kənd sakini, 16 yaşlı Gülnarə Tağıyeva həyətdə gəzərkən sürünən onun sol ayağının dördüncü barmağından sancıb.

Zərərçəkən dərhal rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona ilan zəhəri əleyhinə zərdab vurulub.

Gülnarə Tağıyeva - Zərərçəkən: "Bağda lobyanın içində idim. Lobyalar üst-üstə idi. Mən də elə bildim ki, payadır. Ayağımla basanda ilanın quyruğunu basmışam. O da ki, ayağımı vurdu".

Daha bir ilansancma faktı rayonun Ağdam kəndində qeydə alınıb.7 yaşlı Aysu Həsənovanı ilan sağ ayağından sancıb. Azyaşlı xəstəxanaya yerləşdirilib. Həkimlərin vaxtında müdaxiləsi onun həyatını xilas edib.

Elza Həsənova - Valideyn: "Gəldi ki, ay ana ayağıma nəsə batıb. Baxıb gördük ki, elə bir şey yoxdu. Sonra bir gün şişdi, gecikdirdik özündən getdi. Həkimə gətirdik. Həkim baxdı ki, ilan sancıb".

Hər iki şəxsin həyatı üçün təhlükə yoxdur.

---------------

07.17.2017

21:57

Tovuz sakinini ilan sancıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, rayonun Əlibəyli kənd sakini, 2001-cı il təvəllüdlü Tağıyeva Gülnarə Rövşən qızı həyətdə gəzərkən ilan onun sol ayağının dördüncü barmağından sancıb.

16 yaşlı qız dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona ilan zəhəri əleyhinə zərdab vurulub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
 
Qeyd edək ki, bu, gün ərzində Tovuzda ikinci ilansancma hadisəsidir. Günorta saatlarında rayonun Ağdam kəndində ilan 7 yaşlı qızı sancıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
1 gündə 2 nəfəri ilan sancdı