Pikaplar da geri çağırılır

17 İyul 2017 21:17

"Ulyanovsk avtomobil zavodu" MMC Rusiyada 150 minə yaxın avtomobili geri çağırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, qərar avtomobilin oksigen ötürücüsünün işində, eləcə də mufta dəstəyində qeydə alınan qüsurlarla əlaqədardır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2014-cü ildə istehsal olunmuş UAZ "Patriot", "Pikap" və "Karqo" modellərinə şamil olunur.

Qeyd edək ki, təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

Milli.Az