Misirdə PARTLAYIŞ - 5 polis öldü, 6-sı yaralandı

17 İyul 2017 19:51

Misirdə terror hadisəsi baş verib. Milli.Az Trend-ə istinadən bildirir ki, Sinay yarımadasında hərbi maşının partlaması nəticəsində 5 polis həlak olub.

Misir Təhlükəsizlik Qüvvələrindən verilən məlumata görə, daha 6 polis əməkdaşı müxtəlif xəsarətlər alıb.

Partlayışın hansı şəraitdə və necə baş verməsi məlum deyil. Polis tərəfindən araşdırmalara başlanılıb.

Milli.Az