Mingəçevir və Bakıda suda batmaq təhlükəsi ilə üzləşən şəxslər xilas edilib

17 İyul 2017 19:18

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Mingəçevir su anbarında 1 nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 17:46-da başa çatıb.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 17:16-da başa çatıb.

Milli.Az