Rusiyanın Dəməşqdəki səfirliyinə hücum cəhdi

17 İyul 2017 18:39

Rusiyanın Dəməşqdəki səfirliyinin binasına hücum cəhdi olub.

Milli.Az-ın  qafqazinfo -ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.

"İyulun 16-da Rusiyanın Dəməşqdəki səfirliyinin binasına minaatanlardan atəş açmağa cəhd edilib. "Heyat Tahrir əş-Şam" (keçmiş "Cəbhat Ən-Nusra") və "Feylak Ər-Rəhman" terrorçularının nəzarəti altında olan Cobar rayonundan atılan iki minaatan mərmisi səfirliyin xarici perimetri yaxınlığında partlayıb. Hadisəö nəticəsində ölənlər və dağıntılar yoxdur. Rusiya diplomatik nümayəndəliyi və Dəməşqdəki dinc məhəllələrə qarşı terror hücumlarını qətiyyətlə pisləyirik", - deyə XİN qeyd edib. 

Milli.Az