Şamaxıda anbar yandı

17 İyul 2017 18:38

Gündüz saatlarında Şamaxıda anbar yanıb.

Milli.Az-a FHN-dən verilən məlumata görə, ümumi sahəsi 1500 m2 olan anbarin dam örtüyünün yanar konstruksiyaları 6 m2 sahədə yanıb. Anbarın qalan hissəsi və yaxınlıqdakı tikillilər yanğından mühafizə olunub.

Yanğın saat 14:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az