Dieqo Kosta "Atletiko" formasında - VİDEO

17 İyul 2017 17:51

"Çelsi"nin yay təlim-məşq toplanışına çağırılmayan Dieqo Kosta sabiq komandası "Atletiko"nun forması ilə videosunu paylaşıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, dostlarıyla keçirdiyi partini şəxsi "İnstagram" hesabından canlı yayımlayan 28 yaşlı hücumçu daha sonra "Ateltiko"nun formasını geyinərək rəqs edib.

D. Kosta canlı yayım zamanı "Çelsi"nin baş məşqçisi Antonio Konteyə də söz atıb: "Konteni mənə görə qucaqlayın".

Qeyd edək ki, Kontenin komandada saxlamaq istəmədiyi ispanyalı hücumçunun "Atletiko"ya keçəcəyi iddia edilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Dieqo Kosta "Atletiko" formasında 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində