Yaponiyada İSTİLƏR 610 nəfəri xəstəxanalıq etdi

17 İyul 2017 17:15

Yaponiyada son günlər davam edən isti hava şəraiti səbəbindən 610 nəfər xəstəxanaya yerləşdirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, xəstəxanalara müraciət edənlərin əksəriyyətinə günvurma diaqnozu qoyulub.

37 dərəcədən artıq hərarət və daha çox sayda xəstəxanalara müraciət qeydə alınan ərazilər ölkənin Saitama (55 nəfər), Fukuoka (47 nəfər) və Osaka (40 nəfər) rayonları olub. Tokioda isə 29 nəfər isti havanın qurbanı olub.

Meteoroloqlar isti havanın ölkə ərazisində hələ davam edəcəyini bildiriblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində