"Everton" Teo Volkotla maraqlanır

17 İyul 2017 17:28

"Everton" İngiltərə və "Arsenal"ın oyunçusu Teo Volkotu əldə etməyin planlarını qurur.

Milli.Az bildirir ki, "İrislər" çinli investorlarının köməyi ilə 28 yaşlı oyunçu üçün 30 milyon funt sterlinq təklif etməyi düşünürlər.

Liverpul klubu yay transfer pəncərəsində Maykl Kiin, Xordan Pikford, Deyvi Klassen və Ueyn Runi kimi oyunçulara 100 milyon funt sterlinq xərcləyib.

Adil Nəcəfov

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində